"Qəhrəmanlığın zirvəsindən aşağı düşməyin, Qurban müəllim"

"Qəhrəmanlığın zirvəsindən aşağı düşməyin, Qurban müəllim"
SOSİAL
16:10 28.08.2026
633
Əfsələddin Ağalarov 
 
Qurban Qurbanov bəlkə də bu ölkənin ən müzakirəli şəxsidir.
Adam bilmir onu çox istəsin, görəndə boynunu qucaqlasın, ya incisin, tənqid etsin.
Ona baxanda hamı öz toksik münasibətini yada salır. Onunla da olmur, onsuz da.
Elə bir yerdədir ki, ora kim qalxsa, adamın başı gicəllənər. O yüksəklikdə nə oyunlar görüb, kim bilir. Onu bir ara milliyə gətirib bütün uğursuzluqları üstünə yıxmaq istədilər. Ağıllı tərpəndi. Alacağını da milliyə hədiyyə etdi. Əli-ayağı təmiz "oyun"dan çıxdı. 
Bir də görürsən ki, o ucalıqda dayanıb bəzən elə xırdaçılıq edir ki, elə bilirsən, lazımsız yerə çox şişirdilib.
Sakitliyinə, təmkininə, Allah sevgisinə adam həsəd aparır, hörmət edir. Amma çox sakitliyinə, çox təmkinli olmasına qıcıq olursan.
***
Qurban müəllim yaxşı bilir ki, qəhrəmandır. Bu məmləkətdəkilərin qəhrəmanlara olan sevgisini, ehtiyacını, hörmətini əzbərə bilir.
Bizim adamları yaxşı tanıyır. Vuruşan, tər tökən, bir az xalqın dilində danışan adamları qəhrəman edirlər.
***
Onun isə qəhrəman olmaq üçün heç bir xüsusi istəyi olmayıb. Amma qəhrəman olub. Özü də sakit, təmkinli formada.
Bilir ki, nə vaxtsa ona mütləq heykəl qoyulacaq. Özü də Tofiq Bəhrəmovun düz girişində.
Mərkəzdən bir az kənarda olacaq, amma nə vaxtsa adı bir küçəyə də veriləcək.
Ona görə də soyuqqanlıdır. Qol vuranda qışqırmır, sevinmir. Başa düşür ki, qol vura bilməyəndə ona qışqıracaqlar, üstünə gələcəklər, uğursuz deyəcəklər.

Heç kimlə münasibətini pis etmir. Uduzan rəqib komandaya elə mədhiyyələr edir ki, elə bilirsən, bu, elə həmin klubun məşqçisidir.

Bax, buna görə ölkənin ən müzakirəli şəxsidir.

Əminəm, o da bunu bilir. Qəhrəman olan adamların bir anın içində necə heç kimə çevrilə biləcəyini görüb. Dünyanın etibarsızlığını bilir. Ona görə ruhu da incimir.
Həm də ona görə seçimlərini sakit edir. İstədiyi oyunçunu satır, istədiyini almır, klubun sahibinə pul qazandırır. Hamının gözlədiyi addımı atmır. 

Bəlkə də biraz vəfa borcudur, biraz da sistemlə ayaqlaşmaq. Zamanında futbol karyerası lağa qoyulanda Tahir Gözəl ona inanıb, şans verib.


Bir sözlə, Qurban müəllim qəhrəmandır.

Amma müqəddəs deyil.
Onu təhqir edənlərə yol vermək olmaz. 
Ancaq tənqid edilməlidir. Hətta sərt tənqid edilməlidir. Çünki qəhrəman olmaq insanı səhvsiz etmir.
Qurban müəllim də bunu bilməlidir.
Bilməlidir ki, onun sakitliyi də, təmkini də, qazandığı uğurlar da heç bir qərarını tənqiddən kənarda qoymur. Çünki söhbət artıq təkcə Qurban Qurbanovdan getmir. Söhbət bu ölkənin futbolda özünə yaratdığı ən böyük obrazlardan birindən gedir.

Qəhrəmanlığın zirvəsindən aşağı özünüzü atmayın, Qurban müəllim. Bu intihardır.
Biz isə çox intiharlar görmüşük, amma bir qəhrəmanın intiharını görə bilmərik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
21:46 12.10.2026
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
Almaniya kansleri Avropanın Rusiyadan dizel yanacağı almayacağına söz verdi
21:36 12.10.2026
Almaniya kansleri Avropanın Rusiyadan dizel yanacağı almayacağına söz verdi
Latviya Rusiyanın NATO-ya meydan oxumaq iqtidarında olmadığına əmindir
21:29 12.10.2026
Latviya Rusiyanın NATO-ya meydan oxumaq iqtidarında olmadığına əmindir
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
21:20 12.10.2026
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Bu ərazilərdə qaz olmayacaq
21:16 12.10.2026
Bu ərazilərdə qaz olmayacaq
"Slaviya"nın baş məşqçisi: "Sabah" "Barselona"ya bənzəyən bir komandadır
21:13 12.10.2026
"Slaviya"nın baş məşqçisi: "Sabah" "Barselona"ya bənzəyən bir komandadır
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
21:09 12.10.2026
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
20:59 12.10.2026
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
20:57 12.10.2026
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
20:55 12.10.2026
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
20:49 12.10.2026
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
20:44 12.10.2026
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
20:38 12.10.2026
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
20:33 12.10.2026
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
20:29 12.10.2026
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
20:23 12.10.2026
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib