Jurnalist təşkilatı koronavirusla mübarizə tədbirlərinə qoşulur

SOSİAL
14:38 29.03.2020
404
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev  ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını təmin etmək üçün bəzi  layihələrin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəltməyi təklif edib.

Bu təklif QHT-lər tərəfindən müsbət qarşılanıb və xeyli sayda təşkilat da könüllü olaraq, öz layihələrinin də mövzularını dəyişərək bu işə töhfə vermək qərarına gəlib.
 
"İnnovativ media” Jurnalistlərin Peşəkərlığının Artırılmasına Dəstək İctimai Birliyi, Azay Quliyevin çağırışına qoşularaq, 2020-ci il qrant müsabiqəsində qalib gələn layihəsini koronavirusla mübarizə istiqamətinə dəyişdirməyi qərara alıb.

OXŞAR XƏBƏRLƏR