Jurnalist xanım Kamili məhkəməyə verdi: "Bilə-bilə rəhmətə gedən valideynlərimi təhqir edib"

Jurnalist xanım Kamili məhkəməyə verdi: "Bilə-bilə rəhmətə gedən valideynlərimi təhqir edib"
SOSİAL
12:23 16.01.2017
26500

İdmançı Kamil Zeynallının növbəti təhqir etdiyi xanım jurnalist Əfruzə Ağayeva olub.

AZXEBER.COM xəbər verir ki, Kamil Zeynallı jurnalist xanımı ona görə təhqir edib ki, o aparıcı Şəbnəmdən qarşılıqlı olaraq açıqlama alıb və işlədiyi saytda bu barədə yazıb.

Əfruzə Ağayeva açıqlamasında belə deyib: "Kamil Zeynallı ilk bu sahəyə gələndə istər ondan, istər həyat yoldaşından açıqlama alan, onlar haqqında yazan jurnalistlərdən biri də mən olmuşam. Mənim niyə şəklimi paylaşıb, küçə söyüşləri söyüb? Çünki aparıcı Şəbnəmi və rəhmətə gedən anasını söyüb. Bizim də hüququmuz var ki, bu yazını bir tərəfli verməyək və aparıcı Şəbnəmin də açıqlamasını alaq.

 

Aldıq və hər ikisinin açıqlamasını yazdıq. Bu insan gecə telefonuma zəng edib və sms yazıb ki, aç telefonu yoxsa açığımı sənin rəhmətə gedənlərindən çıxacağam. Mən həqiqətən yatmış olmuşam, yatanda da çox insan kimi telefonumu səssizə qoyub, yatıram. Gecə yarı idi evdəkilərin telefonuna bir rəfiqəm yığıb məni ayıltmağı xahiş etdi, sonra telefonuma gələn mesajları gördüm, instagrama girib şok oldum. İnsan necə biri olmalıdır ki, bilə-bilə ki, mənim valideynlərim rəhmətə gedib onları söysün? Şəbnəmdən üzr istəyir ki, bilməyib ki, anası ölüb ona küçə söyüşü deyib bəs mən? Mənim valideynlərimin rəhmətə getməsini axı bilirdi.

Keçən dəfə belə bir problem olmuşdu o üzr istədi ki, bilməyib, bəs ay Kamil sən özündə qız övladı böyüdürsən, anan, həyat yoldaşın, sevdiklərin var. Bəs Allahdan heçmi qorxmursan? Həmin gecə əlimi Allaha qaldırıb, tək bir şey istədim ki, bu haqsızlıq yerdə qalmasın. Mən necə böyümüşəm, necə uğur əldə eləmişəm bunu ən azı mənim ətrafımdakılar bilir. Ancaq hamı Kamil üçün nələr yazır, nələr deyir onu da hər kəs yaxşı bilir. Mən onu söyməyəcəm, çünki ailə tərbiyəm, səviyyəm var. Qadın söyüş söyməz, yaraşmaz. Qanun var, artıq məhkəməyə müraciət etmişəm, sonuna kimi də gedəcəm ki, Kamil bir də heç bir qadını qardaşsız, atasız bilib təhqir etməsin. Heç bir kişiyə yaraşmaz ki, Azərbaycan qadınını söysün, şəklini paylaşıb, səhifəsində olanlara da onu söydürsün. O şəklin altına da əksər kişilər yazmışdı ki, o xanımdır, şəklini paylaşmaq, söymək düzgün deyil.

Kamil Zeynallı sadəcə deyir ki, burada mənəm Bağdatda kor xəlifə, mən hər birinizi söyə bilərəm, amma siz susun və qələt etməyin. Bu insanı durdurmaq lazımdır".

///Day.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir