Jurnalistika ilə bağlı süni intellekt uğursuz oldu – SƏBƏB

MARAQLI
12:54 05.04.2023
205
Saytda səyahət məqalələri yazan süni intellektin jurnalistikası tənqidlərlə qarşılanıb. Hər məqaləsində eyni baxışlardan istifadə edən texnologiyanın çox daha tənbəl və məhdud yaradıcılığa sahib olduğu ifadə edilib. 

AZXEBER.COM xəbər verir ki, bir müddətdir ki, süni intellekt sahəsindəki inkişaflar mübahisələrlə qarşılanır. Bir neçə il əvvəl ortaya çıxan "işlərimizi alacaq" narahatlığı, işlərin dörddə birinin süni intellektlə edilə biləcəyini ortaya qoyan yeni araşdırma ilə daha da artıb. ABŞ-da yerləşən media, əyləncə və xəbər saytı "BuzzFeed” süni intellektdən istifadə edərək məqalələr dərc etməyə başlayıb.

Dünyaca məşhur sayt tamamilə süni intellektlə hazırlanmış onlarla məqaləni dərc etməyə başlayıb. Lakin insan yaradıcılığını inkişaf etdirə bildiyi iddia edilən robotun insan rəqiblərindən qat-qat tənbəl və pis olduğu ortaya çıxıb.

"Times” qəzetinin xəbərinə görə; Buzzy tərəfindən yazılmış səyahət məqalələrinin təxminən beşdə biri eyni giriş cümləsi ilə başlayır: "İndi nə düşündüyünüzü bilirəm."

BuzzFeed-in sözçüsü məsələ ilə bağlı deyib: "Biz insan yaradıcılığını artırmaq üçün süni intellektlə təcrübə aparmağa davam edirik və hər kəsə (yazılı və ya məzmun yaratma təcrübəsi olan və ya olmayan) öz ideyalarını və unikal perspektivlərini çatdırmağa imkan verən yeni formatları sınamağa davam edirik. Bu yeni yaradıcı vasitə istifadəçi tərəfindən yaradılan məzmunun yaradıcı potensialını açmaq üçün süni intellekt və insan redaktoru ilə birgə müəlliflik etməyə imkan verir. Beləliklə, dərc etdiyimiz ideyaların dairəsini genişləndirə bilərik”.

Ayşən

OXŞAR XƏBƏRLƏR