Jurnalistin verdiyi sual Ərdoğanı qəzəbləndirdi: “Siz irqçisiniz”

Jurnalistin verdiyi sual Ərdoğanı qəzəbləndirdi: “Siz irqçisiniz”
DÜNYA
12:56 16.11.2022
210

Jurnalistin verdiyi sual Ərdoğanı qəzəbləndirib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyada keçirilən G20 Liderlər Zirvəsi çərçivəsində Media Mərkəzində təşkil edilən mətbuat konfransında danışıb.

Çıxışından sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan bir jurnalistin "Türkiyə Ege, Suriya və İraqda təcavüzkar siyasət yürüdür?” sualına "Sən irqçisən” sözləri ilə reaksiya verib.

Ərdoğan jurnalistin sualını belə cavablayıb:

"Amerikada yaşayan türk olduğunuzu dediniz. Buna inanmıram. Fərqli bir irqçilik içindəsiniz. Çünki sualınız bunu tam olaraq ortaya qoyur. Bizim İraqın şimalında və Suriyanın cənubunda kürdlərlə heç bir problemimiz yoxdur”.

Ayşən

OXŞAR XƏBƏRLƏR