Prezidentin sözçüsü İbrahim Kalın isveçli jurnalistin verdiyi sualdan əsəbiləşərək müsahibəni yarımçıq kəsib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın isveçli jurnalistə müsahibə verib. Lakin müsahibənin davamında isveçli jurnalistin "Türkiyə beynəlxalq cinayətkarlar üçün sığınacaq olub-olmaması” sualına qəzəblənib.
Kalın ittihamların əsassız olduğunu bildirib:
"Bütün bir ölkəni ittiham edirsiniz. Bu qəbuledilməzdir. Sizin fərqli bir gündəminiz var. Siz isə Türkiyənin kokain ticarətinin mərkəzi olduğunu söyləyərək əsassız ittihamlar irəli sürürsünüz. Bunlar PKK sözləridir, FETÖ sözləridir. Bu dürüst jurnalistika deyil”, - deyən Kalın sualları "gülünc" adlandırıb.
Daha sonra jurnalist suallara davam etmək istəsə də, İbrahım Kalın yayımın dayandırılmasını istəyib.
Həmin görüntüləri təqdim edirik:
Ayşən