Jurnalistlər arasında ‘Zəka Savaşı’ keçirildi

GƏNCLİK
23:10 16.03.2014
1467

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyədəstəyi ilə 4-cü qrant müsabiqəsi çərçivəsində Azərbaycanda fəaliyyət göstərən media işçiləri və universitetlərin jurnalistika fakültəsinin tələbələri arasında keçirilən “Zəka Savaşı” intellektual oyun layihəsi davam edir.

Bu dəfə intellekt savaşına çıxan jurnalistlər Gənclərin Səsi radiosunun əməkdaşı AsimCəlilov, Space televiziyasından Pərviz Hüseynov, BMM-nin jurnalisti Məsmə Əskərova, Lider televiziyasının işçisi Vasif Acalov, Kanal 13 internet televiziyasından Şəfiqə Dadaşova və Nəzərmedia.az saytının müxbiri Cəsarət Yusifov olub.

Bir saatdan artıq davam edən oyun da həyəcanlı anlar, maraqlı məqamlar yaşanıb. İştirakçılar yüksək intellekt nümayiş etdiriblər. Savaşın sonunda 6 nəfər jurnalist arasında kanal 13 tv-nin əməkdaşı Şəfiqə Dadaşova birinciliyi əldə edib.

Layihənin rəhbəri Rövşən Abdurəhmanlı açıqlamasında qeyd edibki, kimin birinci yerə çıxmasından aslı olmayaraq layihəni keçirməkdə əsas məqsəd kimin səs avadını və biliyini sınağa çəkmək deyil. “ Biz bu layihə ilə jurnalistika sahəsində olan mövcud intellekt probleminə diqqət çəkmək və öz töhfəmizi vermək niyyətindəyik”- deyə, layihə rəhbəri bildirib.

Qeyd edək ki, “Zəka Savaşı” intellektual oyunun da iştirak etmək istəyən jurnalistlər [email protected]/* */ elektron ünvanına özləri haqqında məlumat yazıb göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR