Suriyanın paytaxtı Dəməşqdə jurnalistlər oturaq etiraz aksiyası keçiriblər. Dövlət televiziyasının önündə keçirilən aksiyanın iştirakçıları bu bazar ertəsi televiziya binasında partlayışın törədilməsini pisləyiblər.Xatırladaq ki, dövlət televiziya və radio binasında üsyançılar tərəfindən törədilmiş partlayış nəticəsində 3 nəfər yaralanmışdı.Jurnalistlər üzərində "Həqiqətə kölgə sala bilməyəcəksiniz", "Ölümə yox!" kimi şüarlar yazılmış plakatlar qaldırıblar. Jurnalistlər üsyançıları medianın işinə maneə törətməməyə çağırıblar.