"Jurnalistlər gölməçələri çəkməkdənsə, arx açaydılar" - Hacıbala Abutalıbov

"Jurnalistlər gölməçələri çəkməkdənsə, arx açaydılar" - Hacıbala Abutalıbov
SOSİAL
21:40 18.01.2017
9067
 
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov növbəti dəfə qeyri-adi açıqlaması ilə gündəmə gəlib.

Bakı meri ATV-nin bu gün yayımlanan "Son xəbər” proqramına müsahibəsində Nərimanov rayonunda aparılacaq abadlıq işlərindən danışarkən KİV nümayəndələrinə replika atıb. 

Sonuncu yağışlarda Binəqədi və Zabrat qəsəbələrini su basdığını xatırladan H.Abutalıbov jurnalistləri qurutma işlərinə mane olmaqda qınayıb: "Gedib o gölməçələri videoya çəkməkdənsə, yaxşı olardı jurnalistlər arx açardı ki, su axıb getsin”.

///BakiPost.az
OXŞAR XƏBƏRLƏR