Jurnalistlər polisin fəaliyyətini dəyərləndirdi - RƏYLƏR

Jurnalistlər polisin fəaliyyətini dəyərləndirdi - RƏYLƏR
MEDİA
15:51 08.06.2020
1306

Dünyada tüğyan edən COVİD-19 pandemiyası ilə bağlı ölkədə 2 günlük sərt karantin rejimi tətbiq olunub. Bu günlər ərzində Azərbaycan polisi də səfərbər olub. Təəssüf ki, bu 2 gün ərzində polisin qanuni tələbinə riayət etməyən vətəndaşlar da olub. 

 
AZXEBER.COM polisin iki günlük sərt karantin rejimindəki fəaliyyətini dəyərləndirmək üçün sosial şəbəkədə fəal olan jurnalistlərə müraciət edib.

 

QHTXEBER.AZ satrının baş redaktoru Sənan Nəcəfov deyib ki, polisin yaxşı əməllərini işıqlandırmaq lazımdır: "Hindistanda polis azsaylı müsəlmanları məscidə getdikləri üçün elə məscidin qabağında kötəklədi. Bu "itmənistan"da maska taxmayanı dubinka ilə döyürlər. Azərbaycan bəlkə də yeganə ölkədir ki, bilinmir virusla mübarizə aparılsın, ya polisə, həkimə dövlətə qarşı aqressiya ilə.
Virusdan danışırsan, deyirlər boş şeydi. Polisin gördüyü işlərdən paylaşım edirsən, deyirlər əşiii quramadı, şoudu. Dövlət təhlükəsizliyindən söz açmaq istəyirsən, qışqırırlar ki, hanı dövlət, niyə hüquqlarımı qorumur? Gəlib çatmışıq zurnanın məlum səs çıxartdığı nöqtəyə.
 
AZXEBER.COM saytının baş redaktoru Hacıbəy Heydərli də polisin pandemiya dövründəki fəaliyyətini yüksək qiymətləndirib:
 

Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycan polisi pandemiyanın ilk günündən bu günə qədər vətəndaşlara hörmətlə yanaşıb. Bu müddətdə bir məqam xüsusi diqqətimi cəlb edib. Polis milli-mənəvi dəyərlərimizi qoruyaraq xanımlara qarşı xüsusi həssaslıq göstərib. Onlara ciddi qayda pozmadıqda yalnız xəbərdarlıq edilib, cərimələnən xanımların fotosu isə 99 faiz halda ictimailəşdirilməliyib. Bu çox incə məqamdır.

Bundan başqa istər postlarda, istərsə də küçələrdə xidmət göstərən polis əməkdaşları vətəndaşlarla çox mədəni, nazik rəftar edirdilər.

Son 2 gündə də polislərin vətəndaşlara dəstəyi ilə bağlı insanlardan təkcə bizə 100-ə yaxın video göndərilib, vaxt qıtlığı olduğu üçün hamısını paylaşa bilməmişik. Əgər bu videoların səmimiliyinə inanmayan varsa, təsadüfi çəkildiyini sübut edə bilərəm.

Bütün bunların fonunda son günlər dünyanın supergüc dövlətlərində baş verənlərdən həvəslənən bəzi qüvvələr polisimizlə vətəndaşlarımızı üz-üzə qoymağa çalışır. Ancaq əminəm ki, insanlar ağı qaradan seçə bilir və pandemiya dövründə həkimlər qədər polislərin də rolunu yüksək qiymətləndirir.


Sfera.az saytının baş redaktoru Ozal Məmmədov da polisin fəaliyyətinə yüksək qiymət verib:

İki gündür baş verənləri izləyib, səssiz qala bilmərəm. Bir anlıq düşünün ki, ailə üzvünüz ağır xəstədir. Təcili yardım çağırmısınız. Məhlədə bir cavan oğlan da təcili yardıma yol vermək əvəzinə siqaret çəkir və təcili yardıma mane olur. Bu anda təcili yardımdakı həkimlər maşından düşüb o cavanı yoldan çəkmək istəyir. Bu anda qonşunuzun biri qışqırır ki, gəlin əlimizdəki zibilləri həkimlərin başına ataq və atırlar. Həkimlərin və Sizin başınız qarışır bu hay-küyə və təcili yardımdakı xəstəniz ölür. Bundan sonra şəxsən Sizin və qohumlarınızın təcili yardıma yol verməyən cavan oğlana və həkimlərin başına zibil atan qonşularınıza cavabınız nə olacaq? Xəstənizi öldürən qonşularınızı qınayacaqsınız, yoxsa əzizinizi müdafiə edən həkimləri? Bəlkə siqaret çəkən cavan oğlana haqq qazandıracaqsınız?

Keçirəm mətləbə. Polislər robot deyil. Onlar da şuuru və ürəyi olan bizim kimi insanlardır. Bu günlərdə polisin çiyninə ağır yük düşüb. Həm polis, həm də həkim olmağa məcbur qalıblar. Polisin də ailəsi, uşağı yaşlı ata-anası var. Polisin də qohumları arasında bu virusu tutanlar, hətta bundan ölənlər var. Amma polis bu günlərdə bizi tək cinayətkardan yox, həm də özümüzdən qorumağa çalışır. Çünki bu dəfə elə bir bəlaya düşmüşük ki, özümüz özümüzə elədiyini cinayətkar edə bilmir. Rəsmən laqeydlik və lağlağa ilə bir-birimizə virusu keçirdir və öldürürük. Qatil olmağımızdan utanmaq yerinə, vicdan əzabı çəkmək əvəzinə bizi qorumağa çalışanları qınayırıq!

Əminəm ki, başı onsuz da qarışıq olan polisin bizə bu qarışıqlıqda həkimlik, müəllimlik hətta dayəlik etmək üçün ürəyi getmir. Sadəcə polisin dövlətçilik tərbiyəsi bizdən daha yüksək olduğu üçün bəzən bizi qorumaq üçün heç bizim özümüzün fikrimizi də soruşmamalı olur!

Sizcə polis bizdən imtina etsə, bizi qorumasa daha yaxşı olardımı?

Əgər qorunmaq istəyiriksə biz də qorumalıyıq! Ən azından polisimizə dəstək olan sözümüzlə!

Gənc jurnalist, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov polisin fəaliyyətinə kölgə salmaq istəyən güclərin olduğunu deyib:
 
"ABŞ-da, Fransada, İngiltərədə, Çində, Hindistanda və sair ölkələrdə polis karantini pozan nadanları copla, təpiklə maşına "basır". Sənə özünün və ailənin sağlamlığı üçün karantin qaydalarına əməl et deyən polisdən qaçmaq, onun başına zibil atmaqdan sonra hələ bir "sağ ol" da deməliydi? Bir az vicdanla yanaşın hadisəyə, polisə kölgə salmaq istəyən radikalalrın fitnə və oyunlarına uymaq olmaz".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“TikTok”da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi – RƏSMİ
20:52 24.09.2025
“TikTok”da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi – RƏSMİ
"Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik" - Pezeşkian
20:44 24.09.2025
"Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik" - Pezeşkian
Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb
20:40 24.09.2025
Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb
Sergey Lavrov və Marko Rubionun görüşü başlayıb
20:26 24.09.2025
Sergey Lavrov və Marko Rubionun görüşü başlayıb
İmişlidə toyda zəhərlənənlərin son durumu
20:23 24.09.2025
İmişlidə toyda zəhərlənənlərin son durumu
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
20:18 24.09.2025
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
20:09 24.09.2025
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
19:57 24.09.2025
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
19:53 24.09.2025
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
19:53 24.09.2025
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
19:48 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO
19:46 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO
İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR
19:42 24.09.2025
İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR
Britaniyada Avropadakı hava limanlarının işini iflic edən kiberhücumla bağlı bir nəfər saxlanılıb
19:41 24.09.2025
Britaniyada Avropadakı hava limanlarının işini iflic edən kiberhücumla bağlı bir nəfər saxlanılıb
İran və Rusiya kiçik AES-lərin tikintisi barədə razılığa gəlib
19:24 24.09.2025
İran və Rusiya kiçik AES-lərin tikintisi barədə razılığa gəlib
NATO Baş katibi ABŞ-a səfər edəcək
19:16 24.09.2025
NATO Baş katibi ABŞ-a səfər edəcək