Jurnalistlərə kobudluq etdiyi deyilən prodüserdən AÇIQLAMA

Jurnalistlərə kobudluq etdiyi deyilən prodüserdən AÇIQLAMA
MAQAZİN
17:02 07.05.2025
577
Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərli solo konsertindən əvvəl media nümayəndələrinin suallarını cavablandıran zaman sənətçinin prodüseri Asif Kərimov müğənniyə ünvanlanmış suallara onun əvəzindən media nümayəndələrinə qarşı aqressiv formada cavablar verib.

İddialara görə, Mətanət İsgəndərliyə "27 il solo konsert verməməyinizə səbəb nə olub?” sualına prodüser sərt formada "Ən böyük maneə mənəm – Asif Kərimov Səbəbini sənə sonra deyərəm. Onun sənə borcu yoxdur”, – deyə cavab verib.
 
AZXEBER.COM mövzu ilə bağlı prodüserlə əlaqə saxlayıb.
 
Asif Kərimov yayılan videolarda montajla fikirlərinin təhrif olunduğunu bildirib:
 
"Mənim kiməsə kobudluq etdiyim xəbəri həqiqəti əks etdirmir. Mən sadəcə olaraq demişəm ki, Mətanət xanım konsert öncəsi cəm 2 suala cavab verəcək, daha sonra səhnəyə getməliyik çünki konsertimiz başlayır. O zaman jurnalist dedi ki, "Biz bayaqdan onu gözləyirik, suallarımıza cavab verməlidir". Mən də onda bildirdim ki, sizə hörmət əlaməti olaraq Mətanət xanım qarşınıza gəlib, sizə müsahibə verir. Amma onun bütün sualları cavablandırmaq kimi bir borcu yoxdur. Bunu orada olan hər kəs də gördü, hamı orada idi".
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR