"Bir necə gündür ki, toplanışdayıq. Çox istərdim ki, bugünkü açıq məşqdə jurnalistləri də görüm, amma təəssüf ki, görmədim".
AZXEBER.COM-un məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün keçiridiyi mətbuat konfrasında söyləyib.
O qeyd edib ki, DÇ-2014-ün Rusiyaya qarşı oktyabrın 16-da “Lujniki”də baş tutacaq qarşılaşmada süni ortükdə oynayacaqlar: “Ona görə də biz bütün məşq prosesini süni meydançada keçiririk. Hazırlığın gedişatından razıyam. Hiss edirəm ki, futbolçular Rusiya ilə oyunu səbirsizliklə gözləyirlər”.