Jurnalistlərin sualları qarşısında aciz qalan məşhur aktyorun rahat davranışı hamını heyrətləndirdi

Jurnalistlərin sualları qarşısında aciz qalan məşhur aktyorun rahat davranışı hamını heyrətləndirdi
DÜNYA
12:04 23.05.2023
264
Məşhur cütlük Neslihan Atagül və Kadir Doğulu xəyanət iddialarından sonra Türkiyə mediasının gündəmindən düşmür.
 
AZXEBER.COM Türkiyə KİV-ə istinadən xəbər verir ki, həyat yoldaşı Neslihan Atagülə xəyanət etdiyi iddia edilən Kadir Doğulu həftələr sonra ortaya çıxıb. Jurnalistlərin sualları qarşısında aciz qalan Doğulunun rahat davranışı diqqət çəkib.

Ötən aylarda İzmirdə fərqli qadınlarla əyləşən Kadir Doğulunun görüntüləri ortaya çıxıb və jurnalın kulisləri xəyanət iddiaları ilə sarsılıb.
 
Kadir Doğulu "xəyanət” və "imam evliliyi” iddialarını qəti şəkildə rədd edərək "Həmin gün o qadından başqa 80 nəfərlə danışdım. Çətinliyi olanları dinləyirəm'', - deyib.
 
Məşhur cütlükdən ayrılma xəbəri gözlənildiyi halda, Neslihan Atagülün ərinə dəstək verməsi diqqət çəkib.

Hadisədən həftələr sonra ilk dəfə görüntülənən Kadir Doğulu Karaköydə olub.

Dostları ilə bir yerdə söhbət edən Doğulu çıxışda jurnalistləri görəndə təəccüblənib.
 
Hadisələrlə bağlı bir-birinin ardınca verilən bir neçə suala gülməklə kifayətlənən Doğulu səssizliyini pozmadan maşınına minib.

Gülay
OXŞAR XƏBƏRLƏR