Palermo ilə oyundan sonra geyim otağında bir-birini hovuza basan, şampan şərabı ilə “çimdirən” Juventus oyunçularının görüntüləri artıq internetdə geniş izləmə sayı yığıb. Bütün dünyanın heyran olduğu bu oyunçuların dəlisov hərəkətlərini Juvesevərlər maraqla izləyir. Juventus saytı, facebook səhifəsi isə bayram foto və videoları ilə doludur.
Juventus-un İtaliyada qələbə paradını açan zebra Wrangler-lərin məxsus olduğu Jeep-dən də xəbər var. Bir il ərzində Juventus-u dəstəkləyən Amerika avtomobil brendi Jeep komandaya sponsorluqdan qürur duyduğunu bildirib. “Juve İtaliya futbol çempionatının zirvəsinə çatdı. Biz Juventus-a böyük həyəcanla azarkeşlik edirdik! Bu sponsorluğa dəyərdi! Nəticələrə baxdıqda bir il ərzində Juventus-u dəstəkləməyimizlə qürur duymaya bilmərik" - Jeep qələbə sevincini belə bildirib. "2J-ni birlikdə görməyi həyacanla gözləyirik -Zebra Wrangler-in mühərriki işə düşsün və yeni macəra başlasın!" - Jeep bundan sonra da komandanı dəstəkləyəcəyinə bu cür işarə edib.
Qeyd edək ki, Jeep Juventus futbol klubunun rəsmi sponsorudur. Çempionat ərəfəsində Juventus komandasını həvəsləndirmək üçün həyata keçirilən "Onları heç nə dayandıra bilməz" reklam kampaniyasında Jeep-in Juve-yə verdiyi zebra Jeep Wrangler-lə Juventus üzvləri müqayisə edilirdi.
116 illik tarixə malik Juventus bu il 31-ci dəfə İtaliya çempionu oldu.