Kütləvi boşanma mərasimi

MARAQLI
07:27 09.08.2011
1626

Bu qeyri-adi mərasim “Əlçatan ədliyyə” adlı dövlət proqramı çərçivəsində Matu-Qrossu ştatının bələdiyyəsi tərəfindən təşkil edilib. Hüquqi qüvvəsi olan boşanma tədbirinin əsasən az təminatlı ailələr üçün nəzərdə tutulduğu deyilir. Belə ki, mərasimdə iştirak üçün ailə gəlirinin 1000 realdan aşağı olması vacib şərtlərdən biridir.

Pulsuz boşanma mərasiminin hakimi verdiyi açıqlamada bildirib ki, bu tədbirdə iştirak etmək istəyən cütlüklər arasında heç bir mülki iddianın olmaması vacibdir. Bir vaxtlar “ölənədək sevəcəklərinə” and içmiş cütlüklərin boşanması mərasimdən dərhal sonra de-fakto rəsmiləşsə də, Braziliyanın adət ənənələrinə əsasən keçmiş ər-arvad xeyli müddət birgə yaşamalı olur. Belə ki, bu ənənəyə əsasən, boşandıqdan sonra müəyyən vaxtı birgə yaşasalar, cütlüklər arasında yenidən məhəbbət oyana bilər.

OXŞAR XƏBƏRLƏR