Kabil aeroportunda izdiham və atışma nəticəsində 40 nəfər həlak olub

Kabil aeroportunda izdiham və atışma nəticəsində 40 nəfər həlak olub
DÜNYA
21:45 17.08.2021
1061
Bazar ertəsindən Əfqanıstanın paytaxtı Kabilin beynəlxalq hava limanında izdiham və atışma nəticəsində azı 40 nəfər həlak olub.

AZXEBER.COM  xəbər verir ki, bu barədə "Taliban" radikal hərəkatının aeroportda olan komandirinə istinadən "Tolonews" telekanalı bildirib.

Hərəkat üzvünün məlumatına görə, insanlar "xarici qüvvələrin odlu silahı tətbiq etməsi" nəticəsində, həmçinin izdihama görə həlak olublar. O, əhalini hava limanına gəlməməyə və xaricə uçmağın mümkünlüyü ilə bağlı şayiələrə qulaq asmamağa çağırıb.

Aeroporta gəlmiş vətəndaşlar telekanala bildiriblər ki, onlar ölkəni tərk etməyə ümid edirlər.
OXŞAR XƏBƏRLƏR