Kabildə məscidin qarşısında partlayış törədilib – VİDEO

Kabildə məscidin qarşısında partlayış törədilib – VİDEO
DÜNYA
16:06 23.09.2022
300
Əfqanıstanın paytaxtı Kabildə yerləşən Vəzir Əkbər Xan məscidinin ərazisində güclü partlayış törədilib.

İlkin məlumata görə, partlayış namaz qılanlar məsciddən çıxarkən baş verib.

Sosial şəbəkələrdə hadisədən dərhal sonra çəkilən görüntülər yayılıb.

Hələlik ölən və xəsarət alanlar barədə məlumat verilmir.

OXŞAR XƏBƏRLƏR