Kabilə növbəti dəfə 40 milyon dollar nağd maliyyə yardımı göndərildi

Kabilə növbəti dəfə 40 milyon dollar nağd maliyyə yardımı göndərildi
DÜNYA
19:58 31.08.2022
246
Əfqanıstanın paytaxtı Kabil şəhərinə humanitar yardım çərçivəsində 40 milyon dollar məbləğində növbəti partiya nağd pul göndərilib.

Bu barədə Əfqanıstan Mərkəzi Bankı (MB) xəbər verib.

"Əfqanıstana silsilə humanitar yardımın göstərilməsi çərçivəsində 40 milyon dollar nağd pul Kabilə çatdırılıb”, - deyə MB-nin açıqlamasında bildirilir.

Əfqanıstan tənzimləyicisinin məlumatına görə, vəsait Əfqanıstan Beynəlxalq Bankına köçürüləcək.
OXŞAR XƏBƏRLƏR