"Qarabağ"ın ulduz futbolçusu Kadi Borges Rusiyanın "Krosnadar" klubuna transfer olunub.
AZXEBER.COM xəbər verir ki, "Qarabağ" klubu məsələ ilə bağlı rəsmi açıqlama yayıb.
Klubun yaydığı açıqlamada deyilir: "Futbolçumuz Kadi Borgesin transferi ilə bağlı Rusiyanın "Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşmışdır. Danışıqların yekununa əsasən futbolçu tibbi müayinədən keçdikdən sonra "Krasnodar” klubu ilə rəsmi müqavilə imzalayacaq. Keçid rəsmiləşdikdən sonra ictimaiyyətə daha ətraflı məlumat veriləcək.