"Qarabağ"ın braziliyalı futbolçusu Kadinin növbəti mövsümdə hansı komandada çıxış edəcəyi dəqiqləşib.
AZXEBER.COM Fanat.az-a istinadən xəbər verir ki, Polşa, Kipr və Portuqaliya klublarının hədəfində olan 29 yaşlı futbolçu karyerasını Azərbaycanda davam etdirmək niyyətindədir. Ağır zədə səbəbindən cari mövsümdə bir müddət yaşıl meydanlardan kənar qalan "sambaçı" məhz Qurban Qurbanovun rəhbərliyi altında əvvəlki formasına qayıtmağı hədəfləyir.
Qeyd edək ki, Kadinin "Qarabağ"la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir. Cari mövsümdə bütün turnirlərdə 28 oyuna çıxan yarımmüdafiəçi 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.










































