Kadir İnanırdan xoş xəbər

Kadir İnanırdan xoş xəbər
MAQAZİN
16:29 25.03.2012
2398

Türkiyənin unudulmaz aktyoru Kadir İnanırın səhhəti ilə bağlı yeni xəbərlər yayılıb.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bir müddət öncə ağciyərindəki iki santimetrlik şişdən əməliyyat olunan aktyorun çətin keçən günləri geridə qalıb.

Ötən gün tanınmış aktyor restoranların birində dostları ilə birlikdə yemək yeyib. Jurnalistlərin suallarını cavablandıran Kadir İnanır"Əməliyyatlar çox ağır keçdi, amma Allah məni sevirmiş. Hər şey çox gözəl oldu" deyə onlara cavab verib.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR