İyunun 26-da vəfat edən məşhur türkiyəli aktyor Kadir İnanırın vəsiyyəti bəlli olub. AZXEBER.COM Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun bacısı oğlu Levent İnanır məlumat verib. O qeyd edib ki, mərhum aktyor orqanlarını bağışlayıb: "Vəsiyyəti çox gözəldir, orqanlarını bağışlamışdı. O deyirdi ki, ən çox da qəlbi və gözlərini kimin alacağı maraqlıdır”.