Kadırov “Galendewagen”lə ana və qızını öldürən çeçendən tələb edir - "Kişisənsə üzə çıx, dərhal yanıma gəl!..."

Kadırov “Galendewagen”lə ana və qızını öldürən çeçendən tələb edir - "Kişisənsə üzə çıx, dərhal yanıma gəl!..."
DÜNYA
18:54 29.03.2019
5615

Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvada "Galendewagen”lə "Niva”nı xurd-xəşil edib ana və qızının ölümünə, atanın ağır yaralanmasına səbəb olan çeçendən dərhal üzə çıxmağı və onun yanına gəlməyi tələb edib.

"Əgər sən doğrudan da çeçensənsə və kişisənsə, müsəlmansansa xalqını biabrı etməli deyilsən, törətdiyin əmələrə görə cavab verməlisən. Əgər sükan arxasında başqa adam olubsa və sən onu məsuliyyətdən yayındırmağa çalışırsansa bundan heç nə alınmayacaq!!! Bütün məsuliyyətimlə tələb edirəm ki, harada gizlənirsənsə dərhal üzə çıx, polisə təslim ol. Əks halda xalq səni bağışlamayacaq, sən cəmiyyətdə üzdəniraq birinə çevriləcəksən”-Kadırov həmin çeçenə müraciətlə yazıb.

Həmin qəza həftənin əvvəlində Moskvanın Mojaysk şossesində baş verib. Çeçen nömrə nişanlı "Gelandewagen” yüksək sürətlə hərəkətdə olarkən "Niva” avtomobilini vurub. Avtomobilin içərisində ata, ana və onların azyaşlı qızı olub. Qəzada ana və qızı ölüb. Cipin əlbəyaxa döyüş üzrə Çeçenistandan olan dünya çempionu Raxman Dudayevə məxsus olduğu müəyyən edilib. Sükan arxasında isə onun dostu-quldurluğa görə məhkum edilmiş Müslim Cambekov olub. KİV-lər xəbər verir ki, Cambekov qəzadan sonra Moskvanı tərk edib, onun barəsində axtarış elan edilib.

Ramzan Kadırov həmin çeçenə müraciətlə yazıb ki, onu harada gizlənsə də tapacaqlar. "Səni xəbərdar etməyi lazım bilirəm ki, əgər hüquq-mühafizə orqanları axtarmasalar belə biz səni axtarıb tapacağıq. Gizlənə bilməyəcəksən. Martın 25-dən bu yana bir neçə gün keçib! Heç olmasa indi ayıl və dərhal polisə get, yaxud yerini de!”-Kadırov sosial şəbəkələrdə yazıb./virtualaz.org/

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub
22:07 25.06.2026
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
20:50 25.06.2026
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
20:42 25.06.2026
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi
20:39 25.06.2026
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi
Tovuzda kişi anasına əsəbiləşdi, orta məktəbə gəlib arvadını döydü
20:34 25.06.2026
Tovuzda kişi anasına əsəbiləşdi, orta məktəbə gəlib arvadını döydü
Tələbələrə 766 mindən çox vəsait bağışlanıb
20:28 25.06.2026
Tələbələrə 766 mindən çox vəsait bağışlanıb