Kadırov Putinin Ukrayna ilə bağlı planlarını AÇIQLADI

Kadırov Putinin Ukrayna ilə bağlı planlarını AÇIQLADI
DÜNYA
12:47 11.04.2022
566
Putin tərəfindən general-leytenant rütbəsi alan Kadırov Rusiyanın yeni işğal planının təfərrüatlarını açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çeçenistan lideri Kadırov rus qoşunlarının müharibədəki yeni planlarının  təfərrüatlarını bölüşüb. 

O bildirib ki, Rusiya ordusu əvvəlcə Ukraynanın şərqindəki Luqansk və Donetsk vilayətlərini işğal edəcək, daha sonra Kiyevə qayıdaraq buranı və digər şəhərləri ələ keçirəcək. 

Rusiya Federasiyasının muxtar Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov Rusiyanın paytaxt Kiyevə və Ukraynanın digər şəhərlərinə qarşı hərbi əməliyyatlara başlayacağını bildirib.

Çeçenistan lideri həmçinin bildirib ki, Rusiyanın əməliyyatları təkcə Mariupolla məhdudlaşmayacaq: "Sizi əmin edə bilərəm ki, bir addım belə geri çəkilməyəcək. Hücumlar təkcə Mariupolda deyil, digər şəhər və kəndlərdə də davam edəcək".
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR