Ukraynada savaşan Kadırovun döyüşçüləri savaşda çoxsaylı itki verdiyindən ölkədən çıxıblar.
AZXEBER.COM Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna İşlər nazirliyi məlumat yayıb. "Ukraynadakı müharibədə çoxsaylı itki verən Kadırova məxsus Çüçün döyüşçülər geri çəkilmək məcburiyyətində qalıb. Kadırovun döyüşçülərinin martın 13-də Kiyevdən ayrılaraq Belarus üzərində Çeçenstana dönüblər”- mətbu orqanı yazır.
Onu da qeyd edək ki, Kadırov ötən günlərdə Telegram səhifəsində video paylaşaraq Kiyevdə olduğunu iddia edib. Bundan əlavə o ötən gün Ukrayna ordusuna məxsus və ələ keçirilən hərbi texnikasını sürdüyü və həmin texnika ilə Kiyevə girəcəyini bəyan edib.