Kadırovun paylaşımı reaksiyaya səbəb oldu

Kadırovun paylaşımı reaksiyaya səbəb oldu
DÜNYA
11:29 26.09.2023
309
Rusiya Prezidenti Putinin dostlarından biri olan və son həftələrdə xəstə yatağında olduğu iddia edilən Çeçenistan lideri Kadırovun paylaşımı trend mövzusuna çevrilib.

AZXEBER.COM xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Vladimir Putinin ən etibarlı dostlarından birinə çevrilən Çeçenistan lideri Ramzan Kadırovun Telegram-da yazdığı paylaşım gündəm olub.

Rusiyada geniş şəkildə istifadə edilən sosial media platformasında yayımlanan videoda kamuflyaj paltarlı bir şəxsin ukraynalı hərbi əsiri təpiklədiyi və döydüyü görünür. 

Kadırov paylaşımında kamuflyaj geyimində olan şəxsin oğlu Adem olduğunu bildirib. Kadırov bu görüntünün onda böyük qürur hissi keçirdiyini də bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR