"Kadis"in üç oyunçusu "Real Madrid"in futbolçusu ilə dava edib

İDMAN
19:56 11.11.2022
306
İspaniyanın "Kadis" klubunun üç futbolçusu "Real Madrid"də çıxış edən Vinisius Juniorla dava edib.

Hadisə XIV tur oyununun fasiləsində baş verib.

Oyunçular ilk hissədən sonra 22 yaşlı vingerə yaxınlaşaraq "Sən özünü Pele hesab edirsən?" deyiblər.

Qarşılaşmadan sonra Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti Vinisiusun tez-tez rəqibi təxribata çəkməsi ilə bağlı fikirləri ilə razılaşıb.

Qeyd edək ki, matç "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə bitib.
 

OXŞAR XƏBƏRLƏR