Kafe və restoranların fəaliyyəti karantin qaaydalarının yumşaldılmasının ikinci mərhələsində bərpa oluna bilər.
AZXEBER.COM xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın toplantısında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O qeyd edib ki, iaşə obyektləri fəaliyyətini bərpa etdikdən sonra sanitar qaydalara ciddi əməl etməlidir. Əməkdaşlar maska və əlcəklərdən mütləq şəkildə istifadə etməli, masalar arası məsafələr nəzərə alınmalıdır.