19:06 çərşənbə, 20 Noyabr 2019
DÜNYA

Kafedə qanlı dava: Azərbaycanlı rusiyalı çempionu öldürdü

16:57, 27.06.20193388
Kafedə qanlı dava: Azərbaycanlı rusiyalı çempionu öldürdü
Rusiyanın Samara vilayəti üzrə cüdo çempionu Yevgeni Kuşnerin qətlində şübhəli bilinən azərbaycanlı həbs edilib.

1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Tolyatti şəhərində ələ keçib.

Hadisə iyunun 25-də Tolyattidəki "Levşa” kafesində baş verib. Kafedə borc üstündə baş verən dava-dalaş zamanı Kuşnerə kəsici alətlə bir neçə zərbə vurulub.

Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyiblər.
 
///Unikal.org
XƏBƏR LENTİ