Türkiyənin Kahramanmaraş şəhərində 4,3 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib və yeraltı təkanların episentri Göksun rayonunda olub.
Hazırda zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib.