Türkiyənin Kahramanmaraş vilayətində yaşayan azərbaycanlı qadından xəbər yoxdur.
AZXEBER.COM xəbər verir ki, Qocayeva Lida Süleyman qızı vilayətin Hayrullah məhəlləsi, Kuddusi baba bulvarı 91 ünvanında yaşayıb.
Onun yaşadığı bina zəlzələ nəticəsində çöküb.
Hazırda həmin ərazidə axtarış işləri həyata keçirilir.
Qeyd edək ki, Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə ölənlərin sayı 6 234 nəfərə çatıb, 37 011 nəfər yaralanıb. Bundan başqa, zəlzələ nəticəsində 5 775 bina dağılıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.