Kaladzenin Bakıya ikinci dəfə səfər etməsinin məqsədi nədir? - Ekspertdən şərh

İQTİSADİYYAT
13:15 26.02.2016
1868

Gürcüstanın energetika naziri Kaxa Kaladze fervarlın 29-u Azərbaycana səfər edəcək. Bu Kaladzenin fevral ay ərzində Bakıya ikinci rəsmi səfəridir.

"Gürcüstan energetika nazirinin bir ay ərzində iki rəsmi səfərə gəməsinin səbəbi nədir"?

Qaynar.info bu məsələ ilə bağlı REAL-ın icra katibi iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərlinin sözlərinə görə, Kaladzenin Azərbaycana növbəti səfərinin əsas səbəbi, qaz satışında müəyyən güzəştlər edilməsini istəməsidir: "Socar Gürcüstanda qaz paylayıcı şirkətdir. Vətəndaşlara bir başa qaz satır. Gürcüstan vətəndaşlarına satılan qazın qıyməti, Gürcüstan dövlətinə satılan qazın qiymətindən bahadır. Gürcüstan hökümətinin indiki məqamda əsas istəyi ya qazpaylayıcı bazarda Socarın payının bir hissəsini yenidən öz əlinə almaq, ya da Socarı qiymət endiriminə məcbur etməkdir. Söhbət burda iqtisadi məsələlərdən yəni Socarın qiymət siyasətindən gedir. Həmçinin Socardan Gürcüstanda investisiyaların artırılması istənilə bilər".

Ekspert həəmçinin qeyd edir ki, Gürcüstana iki qonşu ölkədən - Rusiya və İrandan qaz idxalı ilə bağlı təkliflər gəlib: "Gürcüstan höküməti də əlinə düşən bu imkanlardan istifadə etməyə çalışır. Bunun üçün infrastruktur da var. İrandan Ermənistana, həmçinin Rusiyadan da Ermənistan boru kəmərləri var. Yəni bu infrastruktur üstünlüyündən istifadə edib, Gürcüstan Azərbaycandan müəyyən güzəştlər qoparmağa çalışır. Çox güman ki Azərbaycan höküməti və Socar da müəyyən güzəştlərə getmək şərti ilə Gürcüstan bazarını əlində saxlamağa çalışacaq və bu istiqamətdə addımlar atacaq".

OXŞAR XƏBƏRLƏR