İjevsk şəhərində Kalaşnikovla vidalaşma Müqəddəs Mixail kilsəsində dekabrın 25-də olacaq
Dünyada məşhur avtomat silahın layihəçisi Mixail Kalaşnikovun dəfni, qohumlarının qərarı ilə, dekabrın 27-də federal hərbi-memorial kompleksində olacaq. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə bu gün Udmurtiya prezidentinin və hökumətinin mətbuat xidmətindən bildirilib. Həmçinin qeyd edilib ki, İjevsk şəhərində Kalaşnikovla vidalaşma Müqəddəs Mixail kilsəsində dekabrın 25-də saat 18.00 - 22.00 arasında və dekabrın 26-da 10.00 - 13.00 arasında olacaq.