ABŞ-ın Kaliforniya ştatının San Xose şəhərində sığınacaq təklifindən üç dəfə imtina edən evsiz şəxslərin saxlanıla biləcəyi açıqlanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, şəhərin meri Matt Mahan, söz mövzusu tətbiqi yeni büdcə planına daxil etməyi hədəflədiklərini açıqladı.
San-Fransiskodan təxminən 48 mil cənubda yerləşən San Xosedə müvəqqəti yaşayış yeri və sığınacaqlar üçün maliyyələşdirmə planlaşdırılır. Hazırda şəhərdə kiçik evlər, çevrilmiş motellər və 1000 nəfərə qədər insan yerləşə bilən dayanacaqlarda müvəqqəti yaşayış yerləri fəaliyyət göstərir.
Plana əsasən, evsizlərə ilkin olaraq xəbərdarlıq və ya cərimə ediləcək. İctimai torpaqlardan icazəsiz istifadə (icazəsiz düşərgə salmaq) əsası ilə sığınacaq təklifindən üç dəfə imtina edənlər barəsində məhkəmə icraatı aparıla bilər. Ancaq Bələdiyyə Başçısı Mahan bu tətbiqin son çarə olduğunu vurğuladı.
San Xosedə sığınacaqsız yaşayanların sayı təxminən 5477 nəfərdir. Həmin şəxslərdən 541 nəfərinin mənzil yardımından imtina etdiyi bildirilib. Mahan qeyd etdi ki, bu şəxslərin böyük əksəriyyəti xroniki evsizlik, asılılıq və ya davranış sağlamlıq problemləri ilə mübarizə aparır.
Gülay