Kaliforniyada fövqəladə vəziyyət elan olundu

DÜNYA
09:09 21.10.2021
239
ABŞ-ın qərb ştatları üç ildir ardıcıl olaraq quraqlıqdan əziyyət çəkir.

Bunu Kaliforniya qubernatoru Qevin Nyusom bəyan edib.

O, ştat əhalisini suyu daha qənaətlə istifadə etməyə, su istehlakını 15% azaltmağa çağırıb.

Qubernatorun sözlərinə görə, kaliforniyalılar avtomobil və ya evlərinin önündəki səkiləri axar su ilə yuma vərdişindən imtina etməsələr yaxın gələcəkdə ciddi su qıtlığı ilə üzləşə bilərlər.

Ekspertlərin sözlərinə görə, bölgədə quraqlığın aradan qalxması üçün bu mövsüm normadan 40% artıq yağıntı olmalıdır ki, bu da inanadırıcı deyil.

OXŞAR XƏBƏRLƏR