Kaliforniyada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası olacaq.Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AzərTAc-a bildiriblər ki, bu il oktyabrın 11-də təqdim olunacaq balet San-Diyeqo Teatrının ansamblı tərəfindən ifa ediləcək.Grossmont simfonik orkestri tərəfindən müşayiət olunacaq baletin premyerası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə təşkil olunur.