Kalininqrad diasporasından Xoşqədəmə sərt cavab - VİDEO

Kalininqrad diasporasından Xoşqədəmə sərt cavab - VİDEO
SOSİAL
15:54 08.11.2017
1706
Azərbaycan diaspor təşkilatının rəhbəri: "Kalininqraddakı məscidi azərbaycanlılar öz hesabına tikib"

"Rusiya Federasiyasının Kalininqrad şəhərində yaşayan azərbaycanlılar öz hesabına məscid tikdiriblər. Lakin deyirlər ki, guya məscidin tikintisində yeyinti olub”.

Bunu "Report"a Kalininqrad şəhərində fəaliyyət göstərən "Azərbaycan" regional milli mədəniyyət mərkəzinin prezidenti Nadir Ağayev deyib.

N.Ağayev əlavə edib ki, məscidin tikintisində Kalininqrad şəhərində yaşayan azərbaycanlıların böyük əməyi olub: "Biz həmişə istəmişik ki, millətimiz arasında birlik olsun və bu birliyi yaratmağı bacarmışıq. Rusiya Federasiyasında yeganə azərbaycanlılarıq ki, öz hesabımıza Kalininqradda məscid tikmişik. Lakin deyirlər ki, məscidin tikilməsində yeyinti olub. Bizə məscidin tikilməsi üçün heç bir dövlət qurumu maliyyə vəsaiti ayırmayıb. Onda belə çıxır ki, özümüz öz pulumuzu mənimsəmişik?!”

 
Mərkəzin vitse-prezidenti İlham Ələkbərov bildirib ki, bütün söz-söhbətlər bir il ərzində yaranıb: "Mənə zəng olunanda bildirdim ki, Nadir Ağayev cəmiyyətin prezidentidir və siz onunla əlaqə saxlamalısınız. N.Ağayev nə sərəncam versə, biz elə də edərik. Həmi şəxs də Mərkəzin prezidentinə zəng edib və Nadir müəllimin Kalininqrad şəhərində olmadığını deyib. Xoşqədəm Baxşəliyeva cəmi bir gün Kalininqradda qalıb. O da gedib öz verilişində bu barədə danışıb. Bəs o, niyə verilişində göstərmədi ki, Aydının bacısı onun uşaqlarına necə baxır?! Niyə erməni məsələsi ortaya atılıb ki, guya Aydının uşaqları erməni qadının himayəsinə verilib. Bu yalan və böhtandır, çünki belə bir şey yoxdur. Xoşqədəm xanım efirdə məni tanımadığını dedi. Sonradan ona zəng etdim və məni niyə tanımadığını soruşdum. O da mənə cavab olaraq dedi ki, mən sizi çox yaxşı tanıyıram. Ona dedim ki, əgər siz məni tanıyırsınızsa, onda niyə Diaspor haqqında efirdə neqativ fikirlər səsləndirirsiniz. O, mənə elə demədiyini və onu səhv anladığımı bildirdi”.

İ.Ələkbərov qeyd edib ki, X.Baxşəliyevanın məscid barədə danışmağı düzgün deyil: "Məscidin tikintisində Kalininqradda yaşayan hər bir azərbaycanlının əməyi var. Biz öz əlimizlə bu məscidi tikmişik. Məsciddə yerdən otura bilməyən həm yaşlı, həm də səhhətində problem olan şəxslər üçün stul qoyulub. O da verlişində deyir ki, guya məsciddə stulda oturmaq qəbahətdir”.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
18:47 26.08.2025
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
18:33 26.08.2025
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi