Kamasutranın Qərb aləmində ilk nəşri 1883-cü ildə baş verdi. R.Barton və F.F.Arbetont tərəfindən tərcümə edilmiş bu böyük əsər kiçik tirajlarla anonim olaraq məhz İngiltərədə nəşr olunurdu. Kitabla tanış olan avropalılar şoka düşürdülər. Yaxşı mənda. Sən demə seksin incəliklərindən yazıqların heç xəbərləri də yox imiş..
Kamasutranın Avropadan Rusiyaya səyahəti isə daha qalmaqallı oldu. Rus məmurları Kamasutranı pornoqrafiya adlandıraraq, hətta qadağa da qoymaq istədilər. Lakin qadağaya həvəs getdikcə artdı.....
Azərbaycanda isə Kamasutra ilə tanışlıq demək olar ki, elə qədimlərdən başlanıb. Çünki, bu kitab şərq dünyasının ixtirasıdır…..
KAMSUTRA (KAMA SUTRA) – qədim Şərqin ən zəngin və maraqlı məhəbbət əsəri, elmi traktıdır. Əsil yaranma tarixi dəqiq məlum deyil. Lakin əksər alimlərin fikrincə bu traktat eramızın birinci minilliyinin məhsuludur.
Kmasutranın mətinlərini yığıb kitab halına salan isə eramızın 3-4 cü əsrlərində yaşayan Hind müdriki Mallanaqa Vatsyayana olmuşdur. Kamasutra əsrlərlə yığılmış ali Hind təbəqələrindəki minlərlə cütlüyün erotik, seksual məşguliyyətlərinin, təcrübəsinin məhsuludur.....
Ən qəribəsi isə odur ki, bu gün də Kamasutra böyük maraq doğurur. Və şübhəsiz müasir zəmanənin ən dolğun erotik kitabıdır. Kamasutra analoqu olmayan kitabdır. Seks, erotika haqqında çox kitablar çap olunub və olunurlar. Lakin bunlar hamısı ya açıq pornoqrafiya, ya tibbi ensiklopediya xarakterlidir, ya da o qədər bəsit məna kəsb edir ki, oxucu seksə, erotikaya insan nəslinin artması və fizioloji instinklərinin ödənilməsi kimi baxır....
Kamasutra isə seksə, erotikaya fəlsəfi nöqteyi nəzərdən baxır. Seksə erotikaya bədiilik və poeziya verərək onun ali, incə məsğuliyyət olduğunu izah edir.
Müasir statistika göstərir ki, dağılan ailələrin 88%-nin səbəbi ərlə arvad arasındakı seksual harmoniyanın olmamasıdır. Seksual harmoniyanın olmaması faktoru isə əksər hallarda kişi və qadının cinsi orqanlarının bioloji yerləşməsindən tərəflərin düzgün istifadə etməməsindən yaranır. Bu haqda qədim hindlilər öz təcrübələrindən dolğun bildikləri üçün Kamasutrada cinsi əlaqənin müxtəlif pozalarda yerinə yetirilməsindən nümunə gətirilər. Hər bir cütlük özünə münasib rahat poza seçməlidir....
Kamasutra aşağıdakı fəsillərdən ibarətdir
4 fəsil – Giriş
10 fəsil – Seksual birləşmə haqqında
5 fəsil – Özünə həyat yoldaşı tapmaq haqqında
2 fəsil – Həyat yoldaşı haqqında
6 fəsil - Başqalarının həyat yoldaşları haqqında
6 fəsil – Fahişələr haqqında
Kamasutra haqqında eşitməmiş çox az insan tapılar. Əsil mahiyyətini bilməyənlər isə həddindən artıq çoxdur amma bunlar faktdır:
Kamasutra əsrlərlə insanları özünə cəlb edir, oxuyarkən həyəcanlandırır.
Kamasutra alimlər tərəfindən hələ də tədqiq olunur, öyrənilir.
Kamasutra Hindistanda ərə gedən qızlara hədiyyə edilir.
Deməli bu əsərin yadigarında nə isə var ki, bəziləri kimi tarixin toz torpağında batıb getməyib.
NURA