ABŞ-nin vitse-prezidenti, prezidentliyə namizəd Kamala Harris namizəd olduqdan sonra verdiyi ilk müsahibəsində İsrailə silah embarqosu tətbiq etməyi düşünmədiklərini bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Harris prezident olacağı təqdirdə İsrailə silah embarqosu tətbiq etməyəcəyini açıq şəkildə ifadə edərək Qəzzanı atəşkəsə çağırıb.
7 oktyabr hadisələrini xatırladan Harris İsrail barədə mövqelərinin bəlli olduğunu deyib:
"İsrail özünü müdafiə hüququna malikdir. Bu mövzuda mövqeyimiz bəllidir. Bir ölkənin xalqını müdafiə etməyinə hörmətlə yanaşmalıyıq. Biz Qəzza tərəfini atəşkəs elan etməyə çağırırıq”.
Cəmalə