18:31 şənbə, 24 Avqust 2019
SOSİAL

"Kamaz" dərəyə aşdı: sürücü yaralandı, oğlu...

18:21, 13.08.20193159
Muğanlı-İsmayıllı yolunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 61-ci kilometrliyində, İsmayıllı rayonu ərazisində qeyd alınıb. "HOVA” markalı, 99 CZ 905 dövlət nömrə nişanlı yük avtomobili yoldan çıxaraq 20 metr hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü xəsarət alıb, onun oğlu isə aşan avtomobilin təkərinin altında qalaraq dünyasını dəyişib.

Hadisə yerinə FHN-nin xilasetmə qrupunun əməkdaşları cəlb olunub.

Hazırda meyitin yük avtomobilinin altından çıxarılması üçün tədbirlər görülür.
XƏBƏR LENTİ