"KamAZ" yol kənarına aşıb, iki nəfər xəsarət alıb

HADİSƏ
15:00 02.05.2021
644
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Şəhriyar kəndində ”КамАЗ” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.

AZXEBER.COM FHN-in saytına istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

OXŞAR XƏBƏRLƏR