Kamçatkada 5 turist uçurumdan yıxılaraq ölüb

Kamçatkada 5 turist uçurumdan yıxılaraq ölüb
DÜNYA
18:43 03.09.2022
320
Rusiyanın Kamçatka diyarında 5 turist uçurumdan yıxılaraq həlak olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 12 nəfərdən ibarət turistik qrup Avrasiyanın ən hündür aktiv vulkanı olan Klyuçevskaya Sopkanı fəth etmək istəyiblər.

Məlumata görə, 4 158 metr hündürlükdə problemlər yaranıb, 5 nəfər yıxılaraq uçurumdan düşüb. Ölənlərin arasında bələdçinin də olduğu güman edilir.

Bildirilib ki, daha 3 turistin tibbi yardıma ehtiyacı var.

Yardıma gələn xilasedici helikopter 3 min metr hündürlükdə eniş edə bilib.
OXŞAR XƏBƏRLƏR