Rusiyanın Petropavlovsk-Kamçatski şəhərindən 445 kilometr, Severo-Kurilskdən 153 kilometr aralıda 6.4 bal gücündə zəlzələ olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat verib.
Zəlzələ Severo-Kurilskdə hiss edilib.
Zəlzələnin özəyi 94.3 km dərinlikdə yerləşib.
Bundan əlavə, Severo-Kurilskdən 136 kilometr aralıda 4 bal gücündə də zəlzələ qeydə alınıb.
Qeyd edək ki, tələfat və dağıntı yoxdur.
Mikayıl