Kamçatkada güclü zəlzələ oldu

Kamçatkada güclü zəlzələ oldu
DÜNYA
09:22 08.12.2025
86
Rusiyanın Kamçatka bölgəsi yaxınlığında 6 bal gücündə zəlzələ qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatskidən, təxminən, 211 kilometr məsafədə olub.

Zəlzələnin ocağı 15.4 km dərinlikdə yerləşib.

İtki və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi yaranmayıb.
OXŞAR XƏBƏRLƏR