Oktyabrın 4-də Kamçatkada Vilyuçinski vulkanında 3 turist hündürlükdən yıxılıb.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, turistlərdən biri ölüb, birinin vəziyyəti ağırdır.
Üçüncü turistin yeri müəyyən edilib və hazırda o təxliyyə olunur.
FHN-dən verilən məlumata görə, turist qrupu qeydiyyatdan keçməyib, onların qalxdıqları marşrut isə 2025-ci il iyulun 1-dən rəsmən bağlanıb.