Kamçatkada yarım saat ərzində 5,2, 5,0, 5,4 və 6,0 maqnitudalı dörd zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialından bildirilib.
Seysmoloji məlumatlara görə, 5,2 maqnitudalı zəlzələ Petropavlovsk-Kamçatskidən 248 km məsafədə, 5,0 maqnitudalı zəlzələ 204 km məsafədə, 5,4 maqnitudalı zəlzələ 297 km məsafədə, 6,0 maqnitudalı zəlzələ isə 402 km məsafədə baş verib.
Birinci seysmik hadisənin episentri 38,7 km dərinlikdə, ikincisi 13,7 km dərinlikdə, üçüncüsü 88 km dərinlikdə, dördüncüsü isə 77,1 km dərinlikdə yerləşib.
Bütün hallarda hiss edilmə barədə məlumat hələ daxil olmayıb.
İyulun 30-da səhər Kamçatka sahillərində güclü zəlzələ baş verib. Bu, 1952-ci ildən bəri ən güclü zəlzələ olub. Onun maqnitudası 8,8-ə çatıb. Zəlzələ Sakit okeanda sunamiyə səbəb olub, bunun təhlükəsi barədə Yaponiya, ABŞ və Filippin hakimiyyəti xəbərdarlıq edib.
/report