Kamerunda gizli separatçı qrup üzvlərinin hücumu nəticəsində ən azı 20 nəfər həlak olub.
Bu barədə AFP yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
"Hücum nəticəsində 20-yə yaxın adam ölüb, ağır yaralanan 10 nəfər isə xəstəxanadadır”, - məlumatda bildirib.
Hücum noyabrın 5-dən 6-a keçən gecə ölkənin cənub-qərbində baş verib.
Kamerunun qərbində bir neçə ildir ki, ingilisdilli bölgələr əsasında öz dövlətini yaratmağa çalışan gizli separatçı qrup fəaliyyət göstərir. Kamerunun 22 milyonluq əhalisinin böyük hissəsi fransızca danışır, beşdə biri isə müstəmləkə dövründə Britaniya imperiyası tərəfindən idarə olunan qərb ərazilərində yaşadıqları üçün ingilis dilindən istifadə edir.