Kamerunun paytaxtında bəndin uçması nəticəsində 23 nəfər həlak olub

Kamerunun paytaxtında bəndin uçması nəticəsində 23 nəfər həlak olub
DÜNYA
19:43 09.10.2023
148
Kamerunun paytaxtında bəndin uçması nəticəsində 23 nəfər həlak olub.

Məlumata görə, uzun müddət davam edən leysan yağışları nəticəsində göllərdən birindəki bənd su təzyiqinə tab gətirə bilməyib. Güclü axın 30-a yaxın evin uçmasına səbəb olub.

Ölənlərlə yanaşı, çoxlu itkin düşənlər də var.

Qeyd edək ki, axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR