Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - VİDEO

Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - VİDEO
SOSİAL
16:30 14.04.2021
685
Ağdaşın Ovculu kənd sakini, II Qarabağ müharibəsi qazisi Şahmar Tanrıverdiyevin valideynləri oğullarına yardım edilməsi üçün müraciət ediblər.

Anasının dediyinə görə, Şahmar müharibədə ağır kantuziya alıb. Yanında mina partlaması nəticəsində burnundan, qulaqlarından qan açılıb. Bir müddət hərbi hospitalda müalicə aldıqdan sonra evə buraxılıb. Fiziki cəhətdən sağlam görünsə də, ruhi vəziyyəti normal deyil. Şahmar ətrafdakıları görməmək üçün öz gözlərini bağlayır, anidən şiddətli qəzəb hissi ilə özünü döyür, bağırmağa başlayır.
 
Bu hal əlbəttə ki, onun yaxınlarını həddən artıq sarsıdıb. Ovculu kənd sakinlərinin dediyinə görə, Şahmar Tanrıverdiyev müharibəyə qədər özü başqalarının yardımına qoşub, I Qarabağ müharibəsi qazilərinə əlindən gələn köməyi edib. Hətta həyətindəki mal-qaranı, qoyun-quzunu da onlara kömək etmək üçün satıb. Uzun müddətdir edilən müraciətlərə baxmayaraq Şahmara dəstək gəlmirdi.

Dünən tanınmış məşqçi və xeyriyyəçi Kamil Zeynallı Şahmar Tanrıverdiyevin köməyinə gedib və onu Maştağada yerləşən 1 saylı Ruhi-əsəb Dispanserinə yerləşdirib. Qazimizə Allahdan şəfa diləyirik.
 
///bizimyol


OXŞAR XƏBƏRLƏR