Kamil Zeynallıya qarşı dələduzluq edən şirkət rəhbərinə hökm oxundu

Kamil Zeynallıya qarşı dələduzluq edən şirkət rəhbərinə hökm oxundu
KRİMİNAL
15:35 31.05.2024
757
İdmançı Kamil Zeynallı və daha 7 nəfərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Oba Construction" tikinti şirkətinin müdiri Emil Ağayevin məhkəməsi yekunlaşıb.
 
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
 
Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, E.Ağayev zərərçəkmişlərə 300 min manata yaxın maddi ziyan vurub.
OXŞAR XƏBƏRLƏR